• Bakı 10° C

    16.08 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Sumqayıt teatrında “Sehirli yaylıq”

MƏDƏNİYYƏT

10 Aprel 2025 | 12:34

Sumqayıt teatrında “Sehirli yaylıq”

Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşa hazırlayır.

Bu barədə Bakıvaxtı.az-a gənc rejissor Fuad Cavadzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Əməkdar artisti Kərim Həsənovun “Sehirli Yaylıq” əsəri əsasında quruluş verdiyi səhnə əsəri balaca tamaşaçılar üçün nəzərtə tutulub.

Səhnə əsərinin quruluşçu rəssamı Nizami Dadaşev, musiqi tərtibatçısı Zaur Rəşidov, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti isə Fazilə Rzayevadır.

Tamaşada Əməkdar artistlər Sədaqət Nuriyeva və Elmira Kərimova ilə yanaşı, tanınmış aktyorlar Mətləb Səfərli, Sevda Cəlilova, Vəfa Qurbanova, Rövşən Əsgərov, Ceyhun Məhərrəmov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı, Elay Xasıyev, İlahə Səfərova, Elmir Mehdiyev, Kamran Muradlı, Məryəm Hüseynli, Aynur Hümbətova, Emil Həmidov, Günəş Bağırsoy və Səid Hüseynov rol alacaqlar.

Yeni tamaşanın may ayında teatrsevərlərə təqdim olunması planlaşdırılır.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR