• Bakı C

    15.15 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Müəllimlər üçün təlimin keçirilməsi qaydaları ilə bağlı müzakirə keçirilib

MƏDƏNİYYƏT

08 Aprel 2025 | 09:43

Müəllimlər üçün təlimin keçirilməsi qaydaları ilə bağlı müzakirə keçirilib

Müəllimlər üçün təlimin keçirilməsi qaydaları ilə bağlı müzakirə keçirilib.

Mədəniyyət Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, nazirlik sisteminə daxil olan, Bakı və Abşeron-Xızı regionlarını əhatə edən musiqi və incəsənət məktəblərində çalışan fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə attestasiya keçirilib.

Attestasiya zamanı komissiya üzvləri tərəfindən 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlərin Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə müvafiq istiqamətlər üzrə təlimlərə cəlb edilməsi nəzərdə tutulur.

Bu məqsədlə müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə aprelin 4-də Bakı Xoreoqrafiya Akademiyasında müzakirə keçirilib. Qeyd edilən kateqoriyadan olan müəllimlər üçün təlimlərin məzmunu, müddəti, istiqamətləri və təşkilati məsələlər barədə fikir mübadiləsi aparılıb, gələcək addımlar üçün müvafiq meyarlar müəyyənləşdirilib.

Təlimlər zamanı peşəkar yanaşmanın təmin olunması məqsədilə aparıcı musiqi məktəblərinin müəllimləri, musiqi təmayüllü ali və orta ixtisas məktəblərindən mütəxəssislərin, həmçinin sahə üzrə müstəqil ekspertlərin də prosesə cəlb edilməsi məqsədəuyğun hesab olunub.

Planlaşdırılan təlimlər mədəniyyət təhsili sahəsində keyfiyyətin artırılması və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli addımdır.

Təlimlərin təşkili ilə bağlı daha ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.


SON XƏBƏRLƏR

15 Aprel 2025