• Bakı 14° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Azərbaycan ilə Küveyt arasında mədəni əməkdaşlıq üzrə icra proqramı imzalandı - FOTO

MƏDƏNİYYƏT

02 May 2025 | 11:54

Azərbaycan ilə Küveyt arasında mədəni əməkdaşlıq üzrə icra proqramı imzalandı - FOTO

Aprelin 30-da Küveyt Dövlətinin Əl-Küveyt şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

İclasda xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Tədbirdə Mədəniyyət Nazirliyini nazir müavini Fərid Cəfərov təmsil edib. O, iclasda çıxışı zamanı Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında mədəni sahədə mövcud əməkdaşlıq əlaqələri, bu istiqamətdə görülmüş işlər və gələcək perspektivlərdən söz açıb.

Tədbirin sonunda iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Abdullah Əli əl-Yəhya tərəfindən 3-cü iclasın protokolu, ona nəzarət mexanizmləri, onun əlavələri – növbəti iki il üçün müştərək yol xəritəsi imzalanıb. Tərəflər həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsini, idman, mədəniyyət və turizm sahələrinə aid bir neçə fəaliyyət proqramını imzalayıblar.
İmzalanan sənədlər arasında “Küveyt Dövlətinin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi arasında 2025–2027-ci illər üçün mədəni əməkdaşlıq üzrə İcra Proqramı” da var.

 


SON XƏBƏRLƏR