2022-2024-cü illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Azərbaycanda 42 min hektar ərazidə quraşdırılan müasir (pivot) suvarma sistemlərinin maliyyələşdirilməsinə 13,6 milyon manat kredit-lizinq vəsaiti, 93,3 milyon manat güzəşt vəsaiti ayırıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu AKİA-nın nümayəndəsi Emil Xasməmmədov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Bundan başqa, onun sözlərinə görə, ölkə Prezidentinin ərzaqlıq buğda istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinin quraşdırdığı müasir suvarma sistemlərinin maliyyələşdirilməsi ilə bağlı fərmanına uyğun olaraq agentliyə dövlət büdcəsindən əlavə vəsait ayrılıb: "2022-ci ildən buğda əkilmiş 12 min hektar ərazidə müasir suvarma sistemlərinin quraşdırılması ilə bağlı layihələrin maliyyələşdirilməsi üçün 24,6 milyon manat güzəşt vəsaiti yönəldilib".