Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Mingəçevirdə baş verib.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən 39 yaşlı Rəvan Abdullayev saxlanılıb.
Onun şəhər sakini olan qadını dövlət qurumunda işə düzəldəcəyinə dair yalan vədlər verərək zərərçəkmişin 10 min manat pulunu ələ keçirdiyi bildirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. R.Abdullayevin qanunsuz əməllərindən zərər görən digər vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.