• Bakı 27° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Boşanan bacısının qayınanasını xəstəxanalıq etdi - Mingəçevirdə ailə münaqişəsi

HADİSƏ

31 May 2025 | 21:17

Boşanan bacısının qayınanasını xəstəxanalıq etdi - Mingəçevirdə ailə münaqişəsi

Mingəçevir şəhərində ailə münaqişəsi yaşanıb.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə şəhərin Əliağa Vahid küçəsindəki evlərdən birində qeydə alınıb.

Belə ki, 1950-ci il təvəllüdlü şəhər sakini Səmayə İsmayılova qabırğa nayihəsinin qırığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, hadisə həyat yoldaşından boşanmış oğlunun qayını tərəfindən törədilib. Məhkəmənin qərarı ilə oğlu övladına görə aliment ödəyir və həftə sonları uşağı ilə görüşmək haqqına sahibdir. Bu gün nəvəsini evlərinə gətiriblərmiş.

Oğlunun keçmiş qayını onlara gəlib və uşağı bura kimin gətirdiyini soruşub. Oğlu ilə dalaşıb və onları ayırmağa çalışan anaya xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

01 Iyun 2025