• Bakı 26° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Rusiyada öldürülən qardaşların dəfn yeri AÇIQLANDI

HADİSƏ

30 Iyun 2025 | 20:46

Rusiyada öldürülən qardaşların dəfn yeri AÇIQLANDI

Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən azərbaycanlı qardaşlar-Ziyəddin və Hüseyn Səfərov Ağcabədidə dəfn ediləcək.

Bakıvaxtı.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mərhumların qardaşı Seyfəddin Hüseynli deyib.

Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Basqın zamanı Ziyəddin və Hüseyn Səfərov döyülərək öldürülüblər. Hadisə zamanı bir neçə azərbaycanlı da saxlanılıb.


SON XƏBƏRLƏR

30 Iyun 2025