• Bakı 27° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

Ağır qəzaya düşən 8 nəfər ailə üzvünün vəziyyəti məlum olub 

HADİSƏ

30 Iyul 2025 | 09:48

Ağır qəzaya düşən 8 nəfər ailə üzvünün vəziyyəti məlum olub 

29.07.2025-ci il tarixində saat 16:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (6 qadın cinsli, 2 kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədəTƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb.

    Kəllə sümüklərinin, sağ gicgah təpə nahiyəsinin sınığı diaqnozu təyin edilən pasiyentin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.


    SON XƏBƏRLƏR

    30 Iyul 2025