İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına iyunun 28-də saat 18:30 radələrində 1988-ci il təvəllüdlü hamilə qadın uşaqlıq yolundan qanlı, laxtaşəkilli ifrazatla müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata əsasən, aparılan müayinəyə və həyati göstərişlərə əsaslanaraq ona təcili “Qeysəriyyə kəsiyi” əməliyyatı icra edilib.
Klinik diaqnoza görə, 40 həftəlik hamiləlik zamanı cift vaxtından əvvəl ayrılıb, bu səbəbdən qanaxma yaranıb və döl tələf olub.