• Bakı 26° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

Astarada 55 yaşlı qadın qətlə yetirildi - gəlini saxlanıldı

HADİSƏ

30 Iyul 2025 | 09:37

Astarada 55 yaşlı qadın qətlə yetirildi - gəlini saxlanıldı

Astarada qadın qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi xəbərə görə, hadisə rayonun Kakolos kəndində gecə saatlarında baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü Xalidə Manafova çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən qadının gəlini, 2004-cü il təvəllüdlü Ruhanə İmanovanın yeri müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən Ruhanə İmanovanın iki uşağı var.


SON XƏBƏRLƏR

30 Iyul 2025