• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Allaha şükürlər olsun ki, ölən yoxdur” - Peskov

DÜNYA

30 Iyul 2025 | 17:22

“Allaha şükürlər olsun ki, ölən yoxdur” - Peskov

“Kamçatkada baş verən zəlzələ bölgənin təbii fəlakətlərə qarşı yüksək hazırlıqlı səviyyəsini göstərdi”.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, regionun təbii fəlakətlərə qarşı əvvəlcədən gördüyü tədbirlər özünü doğruldub: “Bütün xəbərdarlıq sistemləri vaxtında işə düşdü. Sunami ilə əlaqədar insanların təxliyəsi təşkil olundu. Ümumilikdə binaların seysmik dayanıqlılığı da özünü doğrultdu. Allaha şükürlər olsun ki, ölən yoxdur. Texnoloji hazırlıq səviyyəsi yüksək idi və bunu praktika da sübut etdi”.

Xatırladaq ki, bu gün gecə saatlarında Rusiyanın Severo-Kurilsk şəhərində 7,9, Kamçatkada isə 8,7 bal gücündə zəlzələ olub. Bu,1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026