• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsrail ordusu girovlardan birinin meyitini aşkar edib

DÜNYA

29 Avqust 2025 | 15:36 | Müəllif: Əli Hüseynov

İsrail ordusu girovlardan birinin meyitini aşkar edib

İsrail ordusu və Daxili Təhlükəsizlik Xidməti (Şin Bet) HAMAS-ın girovluğunda olanlardan birinin meyitini tapıb.

Bakıvaxtı.az bu barədə İsrail ordusuna istinadən xəbər verir.

    Sözügedən meyitin İlan Veisə məxsus olduğu məlum olub.

    O, 2023-cü il oktyabrın 7-də HAMAS tərəfindən qaçırılaraq qətlə yetirilib.

    İlan Veislə yanaşı digər givovun qalıqları da aşkar olunub.

    İkinci girovun şəxsiyyətinin müəyyən olunması prsesi davam edir.

    “The Times of Israel” hazırda HAMAS-ın əsarətində olan girovların sayının 48 olduğunu bildirib ki, onların 20-nin sağ olduğu ehtimal edilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026