• Bakı 31° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

Tramp Hindistana qarşı yeni ticarət məhdudiyyətləri tətbiq ediləcəyini açıqlayıb

DÜNYA

30 Iyul 2025 | 17:48

Tramp Hindistana qarşı yeni ticarət məhdudiyyətləri tətbiq ediləcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı yeni ticarət məhdudiyyətləri tətbiq ediləcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, Hindistanın Rusiyadan enerji və silah idxal etdiyini əsas gətirərək, bu ölkəyə qarşı 25 faizlik gömrük rüsumu tətbiq ediləcəyini bildirib.

Tramp paylaşımında Hindistanın yüksək tarifləri və sərt ticarət maneələri ilə fərqləndiyini qeyd edib. ABŞ lideri Hindistanın Çinlə birlikdə Rusiyanın ən böyük enerji alıcılarından biri olduğunu vurğulayıb.

Tramp Hindistanın bu tarifə əlavə olaraq “cərimə də ödəyəcəyini” deyib. Yeni gömrük rüsumları 1 avqustdan qüvvəyə minəcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR

30 Iyul 2025