Uşaq travmalarının düzgün müalicəsi üçün mütləq şəkildə ixtisaslı həkimə müraciət olunmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travmatologiyası və ortopediyası şöbəsinin travmatoloq-ortopedi İlham Şıxbabayev canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, travma hallarında vaxtında və peşəkar müdaxilə olmadıqda, bu, ciddi fəsadlara səbəb ola bilər:
“Əgər travma zamanı həkimə müraciət edilməzsə, gələcəkdə ortopedik problemlər və digər ağırlaşmalar yarana bilər”.
İlham Şıxbabayev qeyd edib ki, körpə uşaqlarda əsasən yüngül travmalara rast gəlinir:
“Doğrudur, ağır travmalar da olur, lakin belə hallar körpələrdə nisbətən az müşahidə olunur”.
Mina Mikayılova