• Bakı 30° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.944

    RUB - 2.0968

15 ölkə Fələstin üçün birgə çağırış etdi

DÜNYA

30 Iyul 2025 | 21:32

15 ölkə Fələstin üçün birgə çağırış etdi

15 ölkə Fələstin Dövlətini tanımaq üçün çağırış edib.

Bakıvaxtı.az xəbər verir ki, Avstraliya, Kanada, Fransa və İspaniya da daxil olmaqla 15 ölkə birgə bəyanat yayaraq, Fələstin dövlətini tanımağa çağırıb.

Ölkələr Fələstinin tanınmasını iki dövlətli həllin həyata keçirilməsində “fundamental addım” kimi qiymətləndiriblər.

Birgə bəyanatda deyilir:

“İki dövlətli həll yolunda fundamental addım olaraq, Fələstin Dövlətini artıq tanımış və ya onu tanımağa hazır olduqlarını və ya müsbət qiymətləndirdiklərini bildirmiş ölkələr hələ bu addımı atmamış bütün dövlətləri bu çağırışa qoşulmağa dəvət edirlər”.

Bəyanatda Fələstin Prezidenti Mahmud Abbasın iyunun 10-da iki dövlətli həllə dair konkret öhdəlikləri alqışlanıb.


SON XƏBƏRLƏR