UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
Yeganə qol 44-cü dəqiqəyə təsadüf edib. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə meydan sahiblərinin heyətində Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib.
Qeyd edək ki, Dublində baş tutan ilk oyunda “köhlən atlar” 3:0 hesablı qələbəyə sevinmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şelburn”u mübarizədən kənarlaşdıran “Qarabağ” adını III təsnifat mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək
***21:25
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) oyununda ev sahiblərinin futbolçusu penalti zərbəsini qaçırıb.
Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda əllə oyuna görə təyin olunan penaltini 68-ci dəqiqədə Kadi Borges qola çevirə bilməyib.
Qeyd edək ki, qarşılaşmada Ağdam təmsilçisi 1:0 hesabı ilə üstündür.
***21:06
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında ikinci hissə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda ev sahibləri 1:0 hesabı ilə öndədirlər.
Qonaqların heyətində 44-cü dəqiqədə Con Martin avtoqol müəllifi olub.
***20:46
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında birinci hissə başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri fasiləyə üstün yollanıblar - 1:0.
Qonaqların heyətində 44-cü dəqiqədə Ceyms Norris avtoqol müəllifi olub.
***20:45
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında hesab açılıb.
Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda irəli çıxıblar.
Qonaqların heyətində 44-cü dəqiqədə Ceyms Norris avtoqol müəllifi olub.
***20:00
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçı start götürüb.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Görüşü italiyalı referi Andre Kolombo idarə edir. Tərəflər arasında ilk görüşdə Ağdma təmsilçisi 3:0 hesablı qələbə qazanıb.