Suriya avqustun 2-dən etibarən gündəlik 3,4 milyon kubmetr qaz alacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriyanın “Sana” agentliyi Suriyanın energetika naziri Məhəmməd əl-Bəşirə istinadən məlumat yayıb.
“Nazir təsdiq edib ki, avqustun 2-dən etibarən Suriya Türkiyə ərazisilə Azərbaycandan 3,4 milyard kubmetr qaz alacaq. Bu isə Suriyanın enerji sektorunu dəstəkləməyə yönəlmiş birgə əməkdaşlıq çərçivəsində təxminən 900 meqavat elektrik enerjisi istehsal edəcək", - məlumatda bildirilib.
Nazir vurğulayıb ki, bu addım elektrik şəbəkəsinin sabitliyinin artırılmasına kömək edəcək.
O qeyd edib ki, Suriya hökuməti enerji ehtiyaclarını təmin etmək üçün milli plan çərçivəsində bu tədbirlərin həyata keçirilməsini izləyir.
***
12:51
Türkiyə şənbə günündən etibarən Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri açıqlama verib.
Nazirin sözlərinə görə, təbii qazın Suriyaya nəqli Azərbaycandan tədarük olunan qaz hesabına həyata keçiriləcək və proses şənbə günündən başlanılacaq.