Portuqaliya və İspaniya yüksək temperatur və güclü küləklər səbəbilə yayılan meşə yanğınları ilə mübarizə aparır.
Bakıvaxtı.az xəbər verir ki, Portuqaliyada 2700 yanğınsöndürən və 29 təyyarə ilə alovlara qarşı əməliyyatlar həyata keçirilir.
Belə ki, Arouca, Penafiel və Ponte de Lima daxil olmaqla bir sıra bölgələrdə ciddi yanğınlar qeydə alınıb, bəzi yaşayış məntəqələrinin sakinləri təxliyə olunub.
Rəhbər şəxslər nəzarət altına alınan yanğınların yenidən alovlandığını bildiriblər.
Qeyd edək ki, yanvar ayından bəri Portuqaliyada 22 min hektardan çox ərazi yanıb.
Əli Hüseynov