• Bakı 13° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Səfir: Qəzza konfransı nəticə vermədi

DÜNYA

30 Iyul 2025 | 22:20 | Müəllif: Subhan Mahmudov

Səfir: Qəzza konfransı nəticə vermədi

BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirilmiş Yaxın Şərq sülh konfransı Qəzza zolağında döyüşlərə son qoymaqla bağlı heç bir praktiki nəticə vermədi.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Fələstinin Avstriyadakı səfiri və Vyanda BMT-nin daimi müşahidəçisi olan Salah Abdel Şafi “RİA Novosti”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, forumun siyasi əhəmiyyətinə baxmayaraq, əsas məsələlərdə real irəliləyiş əldə olunmayıb.

Şafi həmçinin ABŞ-nin Yaxın Şərq sülh prosesi ilə bağlı mövqeyini kəskin tənqid edərək, bunu son dərəcə qəbuledilməz və beynəlxalq hüquqa zidd adlandırıb.

“ABŞ İsrailə qeyd-şərtsiz dəstək verməkdə davam edir - istər silah tədarükü, istər maliyyə, istər diplomatik, istərsə də siyasi yardım məsələlərində. Belə mövqe çox məyusedicidir”, - o deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026