• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Masazırda yol çökdü - FOTO

CƏMİYYƏT

30 Iyul 2025 | 15:48

Masazırda yol çökdü - FOTO

Abşeron rayonu Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi 29 ünvanında yol çöküb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya həmin ünvanda yaşayan sakinlər məlumat verib.

Vətəndaşların sözlərinə görə, qəsəbə ərazisindəki bəzi küçələrdə də vəziyyət eynidir.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidən keçən kanalizasiya xəttinin yeraltı hissəsində qəza baş verib:

“Qış aylarının yağmurlu keçməsi və sonuncu qısamüddətli yağışlar torpağın yeraltı hissəsini yuyub. Son nəticədə yol örtüyündə kiçik çökmə müşahidə olunub. Bu barədə artıq aidiyyatı qurumlara məlumatlat verilib və qısa zamanda aradan qaldırılacaq”. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR