Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayon ərazisindən keçən hissəsində olub.
Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə zamanı avtomobildə olan beş nəfər - 1977-ci il təvəllüdlü Allahverdiyev Səyyub Rəşid oğlu, 1967- ci il təvəllüdlü Məmmədova Aygün İdris qızı, 1964-cü il təvəllüdlü Məmmədov Vüqar Məmməd oğlu, 1988-cü il təvəllüdlü Hüseynova Fərəhxanım Vüqar qızı və 1983-cü il təvəllüdlü Hüseynov Tural Mahir oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar və Göyçay Rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.
Hadisə zamanı xəsarət alan S. Allahverdiyevin və T. Hüseynovun vəziyyətinin ağır olduğu bildirilir./“Qafqazinfo”