• Bakı 26° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Səfərov qardaşlarının nəşi Klinik Tibbi Mərkəzin morquna gətirildi - YENİLƏNİB

HADİSƏ

30 Iyun 2025 | 22:46

Səfərov qardaşlarının nəşi Klinik Tibbi Mərkəzin morquna gətirildi - YENİLƏNİB

 

İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın öldürülən iki azərbaycanlının - Ziyəddin və Hüseyn Səfərovun nəşləri “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə təhvil verilib.

Bakıvaxtı.az xəbər verir ki, hazırda mərhumların nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir.

İyunun 30-da Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi Vətənə gətirilərək yaxınlarına təhvil verilib. Meyitlər ekspertizadan keçirildikdən sonra Ağcabədidə dəfn ediləcək.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

***20:18

İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın öldürülən iki azərbaycanlının - Ziyəddin və Hüseyn Səfərovun nəşləri yenidən ekspertiziya göndəriləcək.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında onların qardaşları Seyfəddin Hüseynli bildirib.

O, Rusiyadakı ekspertizanın nəticəsinə inanmadıqlarını deyib.

S.Hüseynli qeyd edib ki, qardaşlarının Rusiya tərəfinin iddia etdiyi kimi həyəcandan ölmələri inandırıcı deyil.


SON XƏBƏRLƏR

30 Iyun 2025