• Bakı 22° C

    7.74 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Qeyri-iş günlərində paytaxtdan bölgələrə daşınan sərnişinlərin sayı

CƏMİYYƏT

30 Iyun 2025 | 19:24

Qeyri-iş günlərində paytaxtdan bölgələrə daşınan sərnişinlərin sayı

Silahlı Qüvvələr Günü və qeyri-iş günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksi 26-29 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bakıvaxtı.az xəbər verir ki, gücləndirilmiş iş rejimi ərzində BBAK – dan bölgələrə 1249 reys həyata keçirilib, 27510 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150-yə yaxın reys həyata keçirilib.

Biletlər BBAK - ın kassalarından və “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 30%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.

Sərnişinlərin rahat formada bölgələrə çatdırılması təmin olunub.

Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.


SON XƏBƏRLƏR