Vaşinqton Universitetinin nəşr etdiyi araşdırmaya görə, ağcaqanadların insan seçərkən rənglərə diqqət yetirdiyi ortaya çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, alimlər yay aylarında ağcaqanadların hədəfinə çevrilməmək üçün hansı rənglərə üstünlük verilməli olduğunu açıqlayıblar.
Məlumata görə, qırmızı, narıncı və mavi kimi isti rənglər ağcaqanadlar tərəfindən daha tez aşkarlana bilir. Digər tərəfdən mavi, ağ, yaşıl və bənövşəyi kimi soyuq tonlar daha az nəzərə çarpan rənglər arasındadır.
Alimlərin fikrincə, əvvəllər ağcaqanadların diqqət yetirdiyi 3 amil olub. Bunlar tər, nəfəs və bədən istiliyidir. Lakin yeni araşdırma ilə 4-cü faktorun olduğu təsdiqlənib.
Qeyd olunub ki, ağcaqanadlardan uzaq olmaq üçün əsasən soyuq rənglər geyinməyə üstünlük vermək lazımdır.
Mina Mikayılova