ABŞ Rusiyanı Ukrayna ilə atəşi dərhal dayandırmağa və üçtərəfli danışıqlara keçməyə çağırır.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq X səhifəsində yazıb.
"Biz dərhal atəşkəsə çağırırıq və müharibəni bitirmək üçün üçtərəfli danışıqlara keçməliyik", - o bildirib.
Eyni zamanda, Kelloq Rusiyanı vaxtı uzatdığına görə qınayıb.