• Bakı 22° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

İsrail: Fələstin dövlətinin yaradılması qəbuledilməzdir

DÜNYA

30 Iyun 2025 | 17:03

İsrail: Fələstin dövlətinin yaradılması qəbuledilməzdir

"Fələstinin yaradılması İsrailin təhlükəsizliyini təhdid edəcək".

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Gideon Saar deyib.

"Biz inanırıq ki, Fələstin dövləti İsrail dövlətinin təhlükəsizliyini təhdid edəcək", - XİN rəhbəri bildirib.

Qeyd edək ki, ötən il Norveç, İrlandiya və İspaniya Fələstini tanımaq qərarını açıqlamışdı. Aprelin 16-da Polşanın xarici işlər naziri Radoslav Sikorski Varşavanın Fələstin dövlətini rəsmən tanıdığını bəyan edib. Fransa prezidenti Emmanuel Makron isə bildirib ki, Paris bu ilin yayında Fələstini dövlət kimi tanıya bilər.

Gülşən Şərif


SON XƏBƏRLƏR