Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukrayna prezidenti Vladimir Zelenski ilə silahların birgə istehsalı sahəsində əməkdaşlıq yolunda problemləri müzakirə edəcək.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Vadeful bəzi maneələri dəf etməyin lazım olduğunu bildirib.
"İnanıram ki, biz indi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyuruq və alman şirkətlərinin Ukraynada geniş iştirakına ehtiyacımız var. Biz həmçinin müdafiə naziri Boris Pistoriusla birlikdə Aİ ölkələrinə məktub göndərərək Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri ötürmək üçün bir yol tapmağı xahiş etmişik. Çünki Ukrayna Silahlı Qüvvələrinə “bütün tezliklərdə və yüksəkliklərdə ölkəni müdafiə edə bilən daha çox hava hücumundan müdafiə sistemləri lazımdır" - deyə nazir qeyd edib.
Gülşən Şərif