• Bakı 23° C

    12.52 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Rusiyada ksenefob bir siyasət aparılmaqdadır - AÇIQLAMA

SİYASƏT

30 Iyun 2025 | 14:54

Rusiyada ksenefob bir siyasət aparılmaqdadır - AÇIQLAMA

“Ümummiyyətlə Rusiyada sovet dövründən bu yana ksenefob bir siyasət aparılmaqdadır”.

Bunu politoloq Fuad Abbasov Yekaterinburqda baş verənləri Bakıvaxtı.az-a şərh edərkən deyib.

Ekspert vurğulayıb ki, Sovet İttifaqında bu ksenefobiya dövrün qanunları ilə nəzarət altında saxlanılırdı:

"Sovet imperiyası dağıldıqdan sonra skinhedlər tərəfindən həm azərbaycanlılara, həm də Qafqaz bölgələrindən getmiş Rusiya vətəndaşlarına qarşı çox ciddi hücumlar başlandı. Amma Rusiya hüquq-mühafizə orqanları buna heç bir reaksiya vermirdilər. Nəticə etibarilə bugünki gündə eyni fəaliyyət Rusiya hüquq-mühafizə orqanları tərəfindən birbaşa aparılmaqdadır”.

Müsahibimiz vurğulayıb ki, bunun da başlıca səbəbi Rusiyanın şovinist siyasətinin məktəblərdən və gənclərdən ibarət dazlaq-skinhed qruplardan hüquq-mühafizə orqanlarına - "OMON", FSB və digər dövlət təşkilatlarına həvalə edilməsidir:

“Artıq bu siyasətin sadəcə azərbaycanlılara deyil, digər dövlətlərdən olan millətlərə də şamil edilməsinin şahidi oluruq".

Həmsöhbətimiz qeyd edib ki, Moskvanın bu siyasətinə Ukraynada davam edən müharibədə azərbaycanlıların iştirak etməkdən imtinası, Azərbaycan Prezidenti İlham Əliyevin 9 May paradına getməkdən imtinası, ümumiyyətlə Azərbaycanın Rusiyadan tam müstəqil siyasət yürütməsi və başqa amillər səbəb ola bilər:

"Ancaq bir şey çox dəqiq görünür ki, 1930-cı illərdə Stalin, Beriya, Cerzinski, Çaparidze və başqaları tərəfindən istifadə edilən "qırmızı terror" indi Putin rejimi tərəfindən, Rusiya ə razisində tətbiq edilir. Yəni eyni dövlət terroru davam etdirilir. Bu insanlar hansısa cinayət etmişdilərsə, onlar normal qaydada, hüquq-mühafizə orqanlarının nizamnaməsi çərçivəsində saxlanılıb, cinayət işi açıla, məhkəməyə gətirilə bilərdilər. Amma azərbaycanlıların saxlanma prosesində vəhşicəsinə döyülməsi, öldürülməsi heç bir qanun, nizamnamə çərçivəsinə sığmır”.

Fuad Abbasov: Diaspor fəaliyyətimizi gücləndirməli və belə hadisələrə ciddi reaksiya verilməlidir

Həmsöhbətimizin fikrincə, bu, çox ciddi məsələdir:

“Orada yaşayan azərbaycanlıların kriminal keçmişi ilə əlaqədar deyil. Bu, Azərbaycana və azərbaycanlılara açıq meydan oxumaqdır. Baş verənlər bizə də dərs olmalıdır ki, diaspor fəaliyyətimizi mümkün qədər gücləndirməli və belə hadisələrə ciddi reaksiya verilməlidir. Çox təəssüf ki, Rusiyada bizim birliyimiz olmayıb. İnşallah, bundan sonra olar".

Aydın Baxış


SON XƏBƏRLƏR