Şimali Makedoniyanın Cənub-Qərbi Statistik regionunda, Niderlandın Qelderland əyalətində blutanq, Albaniyanın Dürres bölgəsində xırdabuynuzlu heyvanların taunu, İtaliyanın Sardiniya regionunda nodulyar dermatit, Polşanın Pomorsk inzibati ərazisində Nyukasl, Uelsin Pembrukşir bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.