• Bakı 23° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Çində güclü sel: 110 mindən çox insan təxliyə edildi

DÜNYA

30 Iyun 2025 | 21:01

Çində güclü sel: 110 mindən çox insan təxliyə edildi

Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığı fəsadlara görə təxminən 73 min nəfər təxliyə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə əyalətin təbii fəlakətlərlə mübarizə qərargahı məlumat yayıb.

Bildirilib ki, Quycou əyalətində isə 41 min sakin təxliyə edilib. Yağış bölgədə fəsadlar törədib. Güclü yağış, sel və daşqınla əlaqədar “qırmızı xəbərdarlıq” elan olunub. Təbii fəlakətlə mübarizəyə 8 mindən çox canlı qüvvə cəlb edilib.

Qeyd edək ki, yağışlar Çinin mərkəz, şərq və cənub hissələrində, xüsusilə də Quandon, Anhuy, Hubey, Sıçuan, Hunan, Quansi, Hınan və Quycou əyalətlərində, həmçinin Çonçin şəhərində böyük fəsadlar törədib.


SON XƏBƏRLƏR

30 Iyun 2025