• Bakı 22° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

NİİM: 649 texniki nasaz avtomobil yolda məcburi dayanıb

CƏMİYYƏT

30 Iyun 2025 | 15:00

NİİM: 649 texniki nasaz avtomobil yolda məcburi dayanıb

Ötən ilin yay aylarında müşahidə kameralarının görünüş sahəsində 649 texniki nasaz avtomobil müxtəlif küçə və prospektlərdə məcburi dayanıb və nəqliyyat sıxlığının yaranmasına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində qeyd edilib.

Müraciətdə deyilir:

"Bir neçə illik təhlillər göstərir ki, hər il iyun, iyul, avqust aylarında digər aylara nisbətən daha çox nəqliyyat vasitəsi texniki nasazlıq səbəbindən yollarda qalır. Belə ki, ötən ilin yay aylarında müşahidə kameralarının görünüş sahəsində 649 texniki nasaz avtomobil müxtəlif küçə və prospektlərdə məcburi dayanıb və nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Nəqliyyatın intensiv və sürətli olduğu yolların hərəkət hissəsində qalan belə avtomobillər qəza şəraiti yaratmaqla digər yol hərəkəti iştirakçılarının da təhlükəsizliyini risk altına alır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə istifadələrində olan avtomobillərə mütəmadi texniki qulluq göstərməyi, yola çıxmazdan əvvəl isə, xüsusilə də mühərrik hissəyə diqqət yetirməyi tövsiyə edir.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməli, nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər. Bu qaydalara riayət etməklə yollarda daha təhlükəsiz və maneəsiz hərəkəti təmin etmək mümkündür".


SON XƏBƏRLƏR