• Bakı 22° C

    12.52 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Hindistanda zavodda yanğın - 13 ölü, 20 yaralı - YENİLƏNİB

DÜNYA

30 Iyun 2025 | 16:28

Hindistanda zavodda yanğın - 13 ölü, 20 yaralı - YENİLƏNİB

Hindistanın cənubunda yerləşən Heydərabad şəhərindəki "Sigachi Pharma Company" kimya müəssisəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

Zavodda reaktorun partlaması nəticəsində baş verən yanğında çoxlu sayda yaralının olduğu bildirilsə də, onların dəqiq sayı hələlik açıqlanmır.

Hadisə yerində xilasetmə işləri aparılır.

***

11:10

Hindistanın cənubunda yerləşən Telanqana ştatında kimya zavodunda sənaye qurğusunun partlaması nəticəsində baş verən yanğında ən azı 10 işçi həlak olub, 20 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.

Hadisə Paşamilaram şəhərində “Sigachi Industries” şirkətinin müəssisəsində baş verib. Yanğınsöndürən briqadalar və xilasetmə qrupları hadisə yerinə göndərilib.


SON XƏBƏRLƏR