Ermənistanın destabilizasiyası ilə bağlı bütün təhdidlər uğurla neytrallaşdırılıb.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan MTX-nin yeni direktoru Andranik Simonyanı kollektivə təqdim edərkən bildirib.
O deyib ki, ölkənin təhlükəsizliyinə təhdid yarada biləcək bütün çağırışlar uğurla dəf edilib.