• Bakı 25° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Yekaterinburqda öldürülən qardaşların nəşi Azərbaycana gətirildi - YENİLƏNİB

SİYASƏT

30 Iyun 2025 | 20:44 | Müəllif: Əli Hüseynov

Yekaterinburqda öldürülən qardaşların nəşi Azərbaycana gətirildi - YENİLƏNİB

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Ural Hava Yolları” ilə gətirilən cənazələr bir az sonra yaxınlarına təhvil veriləcək.

    *** 20:03

    Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburq şəhərində amansızcasına qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi Azərbaycana gətirilir.

    Bakıvaxtı.az-ın Modern.az-a istinadən məlumatına görə, cənazələri daşıyan təyyarə tezliklə Bakıya enəcək.

    Qeyd edək ki, iyunun 27-də səhər saatlarında OMON-çular Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı azərbaycanlı Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.

    Öldürülən azərbaycanlılar tanınmış jurnalist, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.

    ***15:18

    Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanları tərəfindən vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazaləri hava limanının yük terminalına təhvil verilib.

    Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, cənazələr morqdan götürülərək Azərbaycana göndərilməsi üçün Yekaterinburqun Koltsevo hava limanının yük terminalına çatdırılıb.

      Cənazələr Ural hava yollarına məxsus təyyarə ilə yerli vaxtla saat 18:15-də göndəriləcək. Reysin Bakıya 20:25-də çatacağı gözlənilir.

      ***

      14:08

      Yekaterinburqda iyunun 27-də OMON-un hücumu nəticəsində qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi ailə üzvlərinə təhvil verilib.

      Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un Rusiya bürosu məlumat verib.

      Onların nəşi Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı.

      Meyitlərin Bakı vaxtı ilə saat 20:30-da Azərbaycana gətirilməsi gözlənilir.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      28 Sentyabr 2026