• Bakı 23° C

    12.52 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Agentlik xaricdə təhsil alan vətəndaşlara müraciət edib

CƏMİYYƏT

30 Iyun 2025 | 14:55

Agentlik xaricdə təhsil alan vətəndaşlara müraciət edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən vətəndaşlara müraciət edib.

TKTA- dan Bakıvaxtı.az-a bildirib ki, xaricdə natamam ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) müraciət etməlidir.


    Bildirilib ki, TKTA tərəfindən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, qismən akademik tanınma prosesinin həyata keçirilməsinin vaxtı 7 iyul saat 18:00-dək qədər uzadılıb.

    Qeyd edək ki, köçürülmə “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na əsasən həyata keçiriləcəkdir.
    Bildirilib ki, Qismən tanınma şəhadətnaməsi ilə əlaqədar olaraq, bu sənəd sahibinə sadəcə Azərbaycan Respublikasınını ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ verir.

    Köçürülmə prosesi üçün iştirak edəcək şəxslərə bu keçid vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur. Qeyd edilən saatdan sonra edilən müraciətlər nəzərə alınmayacaqdır.

    Xüsusilə qeyd etmək istəyirik ki, TKTA yalnız qismən akademik tanınma prosesini həyata keçirir və yekunda təqdim olunan şəhadətnamə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən köçürülmə üçün tələb olunan sənədlərdən biridir.

     

     


    SON XƏBƏRLƏR