Antiterror tədbirləri zamanı şəhid olan Elcan Balabəylinin atası Vasif Balabəyli vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, şəhid atası ürəktutmadan dünyasını dəyişib.
Mərhum Naxçıvan şəhərində dəfn edilib.
Qeyd edək ki, kapitan Balabəyli Elcan Vasif oğlu 19 sentyabr 2023-cü ildə həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub. İkinci Qarabağ Müharibəsindən sonra bir neçə rayonun işğaldan azad edilməsinə görə, ölümündən sonra isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “İgidliyə görə” medalı ilə təltif edilib.