"Rusiya təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı törədilən zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticələnən xəbərlərdən dərin narahatam".
Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko özünün "X" hesabında yazıb.
"Mənim fikirlərim qurbanlar və onların ailələri ilədir", - deyə o qeyd edib.