Avropa İttifaqı ölkələri Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini daha 6 ay uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ Şurasının saytında dərc olunmuş sənəddə bildirilib.
“Bu gün Aİ Şurası Rusiyanın Ukraynadakı vəziyyəti sabitsizləşdirən hərəkətləri ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin müddətini daha altı ay, 31 yanvar 2026-cı ilə qədər uzadıb”, - sənəddə deyilir.
Qeyd olunur ki, bu iqtisadi sanksiyalar ilk dəfə 2014-cü ildə tətbiq edilib və 2022-ci ilin fevral ayından etibarən əhəmiyyətli dərəcədə genişləndirilib.
Onlar ticarət, maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və dəbdəbəli mallar üzrə məhdudiyyətlər də daxil olmaqla, sənaye sektorlarının geniş spektrini əhatə edir.
Bundan əlavə nəzərə çatdırılıb ki, qadağa Rusiyadan Aİ-yə bəzi neft məhsullarının idxalına, bəzi Rusiya banklarının və yayım şirkətlərinin fəaliyyətinə aiddir.
Mina Mikayılova