• Bakı 22° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Kreml xristianlığı cinayətlərinə alət edir: Kilsənin şovinizmi, qəddarlığı alqışlaması qəbuledilməzdir

SİYASƏT

30 Iyun 2025 | 14:04

Kreml xristianlığı cinayətlərinə alət edir: Kilsənin şovinizmi, qəddarlığı alqışlaması qəbuledilməzdir

Son günlər gündəmdə Yekaterinburqda soydaşlarımıza qarşı edilən zorakılıqlardır.

Dini qurumların işi insanları, dövlətləri sülhə çağırmaq olsa da, biz bu hadisələrdə şahidi olduq ki, Rus Pravoslav kilsəsi qızışdırıcı yer tutur, ideoloji təxribatları əsaslandırır, hüquq mühafizə orqnlarının qəddarlığına, qanunsuzluq və özbaşınalığa haqq qazandırır.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, Rusiyada soydaşlarımıza qarşı edilən dəhşətli işgəncə və qeyri - insani hərəkətlərə görə birbaşa Rusiya dövləti məsuliyyət daşıyır.

T.İrfanın sözlərinə görə, Bakı-Qroznı reysini həyata keçirməli olan AZAL təyyarəsini vurduqdan sonra indi də millətimizə qarşı dövlət terroru həyata keçirmək ümumbəşəri cinayətdir.

Xalqlar arasında nifrət yaradaraq onu ideologiyaya çevirən Rus Pravoslav Kilsəsinin dini dəyərləri, müqəddəs ənənələri ayaqladığını deyən ilahiyyatçı qeyd edib ki, Ermənistanda kilsəni hakimiyyətin üstünə qaldırıb Azərbaycanla sülhə mane olmağa çalışan qüvvə də məhz şimal qonşumuzdur:

“Eyni dinin, eyni etnik kökün, eyni mədəniyyətin ortaq daşıyıcıları olan məzlum Ukrayna xalqına qarşı törədilən insanlıq cinayətinə fitva verən Rus Pravoslav Kilsəsinin bugünkü təmsilçiləri tarixdə lənətlərlə xatırlanacaq. Kilsə humanizmi, sülhü təmsil etməlidir, qanı və vəhşəti deyil”.

Müsahibimiz nəzərə çatdırıb ki, Yekaterinburqda soydaşlarımıza qarşı analoqu olmayan cinayətin rəsmi dövlət orqanı tərəfindən törədilməsi insanlığa sığmayan mənfur faciədir və bu qəddarlıqda 20 Yanvar, Xocalı dəsti-xətti açıq görünür. T.İrfan əlavə edib ki, kilsənin bu qana hökm verməsi, şovinizmi, qəddarlığı alqışlaması qəbuledilməzdir:

“Kilsənin rus qəddarlığına dəstək verməsi, bəlkə də rəvac verməsi qətiyyən qəbuledilməzdir. Rusiya dövləti artıq xristianlığı cinayətlərinə alət edir. Hakimiyyət haçansa dəyişəcək, amma kilsə yaratdığı bu nifrətə görə o zaman pis durumda qalacaq. Necə ki, indi erməni kilsəsi türklərə qarşı vaxtilə yaratdığı nifrətə görə sülhə gedən Ermənistan hakimiyyəti ilə üz üzə qalıb”.

Tural İrfan: Birgə verilmiş qərar əsasında artıq səlib yürüşü başlayıb

Həmsöhbətimiz vurğulayıb ki, dinin məqsədi xalqlar, dinlər arasında sülh, tolerantlıq yaratmaq olmalıdır. Həmsöhbətimizin dediyinə görə, Kilsə Rusiya hüquq mühafizə orqanlarının qəddar və amansız cinayətlərinə hökm verməklə xristianlığı, provaslav kilsəsini də bu cinayətə bulaşdırır:

“Əgər qəti olaraq belədirsə, onda bizim xəbərimiz yoxdur artıq səlib yürüşləri bərpa olub. Çünki Rusiyada yalnız müsəlmanlara və türklərə qarşıdır bu savaş. Rusiya buna dini qatmaqla müsəlman - xristian savaşı başlatmaq istəyir. Odla alovla oynamaq ona fayda gətirməz. Rusiyanın yarısı müsəlmanlar və türklərdən ibarətdir. Onlar ayaqlansa özü-özünə nüvə silahı atası deyil ki? Səlib yürüşünün başlanması bütün dünya müsəlmanlarına bir mesajdır”.

Məzlum Ukrayna xalqını da eyni dindən olmaqlarına baxmayaraq qırıb, məhv etdiklərini diqqətə çatdıran Tural İrfan bildirib ki, Hitlerin yəhudilərə qarşı törətdiklərini təkrar edirlər.

O vurğulayıb ki, dindarlar, din xadimləri, keşişlər və ümumiyyətlə kilsə bu kimi hadisələr olanda sülhə çağırıb sabitlik yaratmalı, insani və dini dəyərləri ali tutmalıdır:

“Lakin Rusiyada provaslav kilsəsi qana, terrora və milli, dini, irqi ayrı-seçkiliyə fitva verirsə bu dəhşətdir. İsa Məsihin müqəddəs missiyasını təhqir etməkdir. Əgər başqa xristianlar, başqa kilsələr də buna susursa, demək birgə verilmiş qərar əsasında artıq səlib yürüşü başlayıb və müsəlman aləmi hazır olmalıdır. Bunun başqa adı yoxdur”.

Mina Mikayılova


SON XƏBƏRLƏR