• Bakı 27° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

Sərdar Cəlaloğlu məhkəməyə verildi

SİYASƏT

30 Iyul 2025 | 10:07

Sərdar Cəlaloğlu məhkəməyə verildi

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, buna səbəb onun "YouTube" kanalında yayımlanan verilişdə səsləndirdiyi fikirlər olub.

O, ötən ilin əvvəlində yayımlanan verilişdə Kəramət adlı həmkəndlisi barədə fikirlər səsləndirib.

"3-4 aydı kiminsə sifarişilə sosial şəbəkələrdə məni söyür, təhqir edir. Kişi öz düşməninə o sözləri utanar istifadə eləməyə, erməniyə qarşı o sözləri deməz, sosial şəbəkədə məni o cürə söyür təhqir edir", - Sərdar Cəlaloğlu deyib.

Həmkəndlisi məhkəməyə müraciət edərək partiya sədrinin onun şərəf və ləyaqətini qəsdən nalayiq formada alçaltdığını, qəsdən böhtan atdığını bildirib.

Ancaq məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edib.

Bakıvaxtı.az bununla bağlı ADP sədri Sərdar Cəlaloğluna müraciət edib. Partiya sədri məsələdən xəbərsiz olduğunu deyib:

"Bu barədə məlumatsızam".

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

30 Iyul 2025