• Bakı 6° C

    0.62 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Corc Dikin missiyası başa çatdı

SİYASƏT

30 Iyul 2025 | 00:10 | Müəllif: Subhan Mahmudov

Corc Dikin missiyası başa çatdı

İsrailin Azərbaycandakı səfiri Corc Dikin missiyası başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin ölkəmizdəki səfirliyi paylaşım edib.

“6 illik dostluq, qarşılıqlı hörmət. 6 ildir ki, xalqlar arasında körpülər qurur.

Səfir Corc Dik Azərbaycandakı tarixi missiyasını başa vuraraq, dərinləşmiş əlaqələr, mənalı tərəfdaşlıq və səmimi münasibətlər irsini miras qoyur. Unudulmaz 6 il üçün təşəkkürlər”, - paylaşımda qeyd olunub.

Videoda səfir səlahiyyət dönəmində Azərbaycandakı mühüm tarixi hadisələrdən bəhs edən fotoalbomunu nümayiş etdirib.

Qeyd edək ki, Corc Dik Bakıdakı vəzifəsinə 2019-cu ildə başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026