• Bakı 27° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Asif Məmmədov "Qəbələ"də məşqçiliyə başladı

İDMAN

01 Iyul 2025 | 03:48

Asif Məmmədov Qəbələdə məşqçiliyə başladı

"Qəbələ"nin futbolçusu Asif Məmmədov komandaya oynayan məşqçi təyin olunub.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, 39 yaşlı yarımmüdafiəçi "qırmızı-qaralar"ın yeni mövsüm üçün hazırlıq prosesinə bu statusda başlayıb.

O, baş məşqçi Kaxaber Tsxadadzeyə kömək etməklə yanaşı, zərurət olduqda meydana da çıxacaq.

Məmmədovun özü Teleqraf-a açıqlamasında bu yaxınlarda B kateqoriyalı məşqçilik lisenziyası aldığını xatırladıb. Təcrübəli oyunçu vaxtı yetişəndə A kateqoriyası üçün də kursa qatılacağını söyləyib.

"Azərbaycan Premyer Liqasının oyunlarında 90 dəqiqə oynamağa gücünüz varmı" sualına o, belə cavab verib: "Çətin sualdır. Bu, gedişatdan asılı olacaq. İndiki halda hec nə deyə bilmərəm".

Qeyd edək ki, Asif Məmmədov "Qəbələ"də 2015-ci ildən çıxış edir. O, 234 oyunda 11 qol və 30 məhsuldar ötürmə müəllifi olub.


SON XƏBƏRLƏR

30 Iyun 2025