• Bakı 27° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

BVF Ukraynaya yarım milyard dollar kredit ayrılmasını təsdiqləyib

İQTİSADİYYAT

01 Iyul 2025 | 02:27

BVF Ukraynaya yarım milyard dollar kredit ayrılmasını təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun icraçı direktorlar şurası ölkə iqtisadiyyatının səkkizinci icmalı çərçivəsində Ukrayna ilə sazişləri təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, rəsmi Kiyev 2023-cü ilin martında təsdiq edilmiş genişləndirilmiş fond proqramı çərçivəsində 500 milyon dollar həcmində daha bir tranş alacaq.

Qeyd olunub ki, vəsait büdcənin dəstəklənməsi üçün istifadə olunacaq.

“BVF”nin kredit proqramı çərçivəsində ödənişlərin ümumi məbləği təxminən 10,6 milyard dollar təşkil edəcək.

Qeyd edək ki, 2023-cü ilin martında “BVF” Ukrayna üçün 15,6 milyard dollar məbləğində dörd illik maliyyələşdirmə proqramını təsdiqləyib.


SON XƏBƏRLƏR

30 Iyun 2025