Bu ilin I yarısında Hesablama Palatası əvvəlki illərdə apardığı auditlərin nəticələrinə əsasən 0,9 milyon manat dövlət vəsaitini pul və əvəzləşdirmə formasında bərpa edib.
Bakıvaxtı.az bu barədə Palataya istinadən xəbər verir.
Hesabatda qeyd olunub ki, qurum audit sonrası nəzarət (follow-up) fəaliyyətlərini davam etdirərək dövlət vəsaitlərinin səmərəli idarə olunmasına nəzarəti gücləndirməkdədir.