• Bakı 27° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

Hesablama Palatası 105 milyon manatlıq təhrif aşkarlayıb

İQTİSADİYYAT

29 Iyul 2025 | 16:01

Hesablama Palatası 105 milyon manatlıq təhrif aşkarlayıb

Bu ilin I yarısında nəticələri rəsmiləşdirilmiş auditlər üzrə maliyyə hesabatlılığında ümumilikdə 105,1 milyon manat təhrif aşkarlanıb.

Bakıvaxtı.az bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Bildirilib ki, bu məbləğin 12,6 milyon manatı əhəmiyyətli təhriflər olub.

Hesablama Palatası audit nəticələrinə əsasən 7 halda nəzarət obyektlərinə auditor hesabatların və Kollegiyanın qərarlarını göndərib. Başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri həmçinin Milli Məclisə, Naxçıvan Ali Məclisinə, Naxçıvan Nazirlər Kabinetinə, eləcə də Azərbaycanı və Naxçıvanın Maliyyə Nazirliklərinə təqdim olunub.

Hesabatda o da qeyd olunub ki, əvvəlki illərdə aşkarlanmış 300 milyon manatdan çox əhəmiyyətli təhrif üzrə müvafiq düzəlişlər həyata keçirilib. Bu, auditin təsir gücünün və maliyyə şəffaflığının artırılmasına yönəlmiş tədbirlərin davamlılığını göstərir.


SON XƏBƏRLƏR

29 Iyul 2025