• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Həmkəndlisini bıçaqlayaraq öldürən şəxs saxlanıldı

HADİSƏ

31 May 2025 | 13:02

Həmkəndlisini bıçaqlayaraq öldürən şəxs saxlanıldı

Kürdəmir rayonunda həmkəndlisini bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarnın keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fəqan Əzizov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə mayın 30-da Sığırlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1966-cı il təvəllüdlü Nuriyev Hafiz Çümşüd oğlu münaqişə zamanı həmkəndlisi tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.


SON XƏBƏRLƏR

01 Iyun 2025