• Bakı 22° C

    12.52 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Ağdamda minaya düşən polisin son vəziyyəti açıqlanıb

HADİSƏ

30 Iyun 2025 | 11:04

Ağdamda minaya düşən polisin son vəziyyəti açıqlanıb

Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata əsasən, Ağdam Rayon Polis Şöbəsinin 1988-ci il təvəllüdlü əməkdaşına sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, iyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.


SON XƏBƏRLƏR