• Bakı 24° C

    13.5 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Səfərov qardaşlarının nəşi bu gün Bakıya gətiriləcək

HADİSƏ

30 Iyun 2025 | 10:02

Səfərov qardaşlarının nəşi bu gün Bakıya gətiriləcək

“Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğundan verilən son məlumata görə, bu gün Bakı vaxtı ilə 17:30-da qardaşlarım Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə yola düşəcək, 20:25-də Bakıya çatacaq. Bir dəyişiklik olmasa, bu vaxta gözlənilir”.

Bu barədə Bakıvaxtı.az-a Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı Seyfəddin Hüseynli məlumat verib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib ki, cənazələr UTair hava yolları ilə Azərbaycana gətiriləcək.


SON XƏBƏRLƏR