• Bakı 23° C

    12.52 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Sabiq komissar və işçilərinin məhkəməsi başlayıb

HADİSƏ

30 Iyun 2025 | 12:45

Sabiq komissar və işçilərinin məhkəməsi başlayıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kaiptan Xalid Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

    Daha sonra təqsirləndirilən Ramil Şükürovun vəkili Abbas Atakişiyev işə yeni qoşulduğunu və işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

    Təqsirləndirilən Ramil Şükürovun vəkili Ceyhun Yusifov müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı əvəz olunması üçün vəsatət verib.

    Vəkil Ceyhun Yusifov bildirib ki, Ramil Şükürov ağır ürək xəstəsidir. O, məhkəmə zalına müalicə mərkəzindən gətirilib. Orada intensiv şəkildə müalicə alır. 23 iyunda Mərkəzi Gömrük Hospitalında müayinədən keçib. Həmin sənədin işə əlavə edilməsini, öhdəliyində az yaşlı övladının olmasını nəzərə almağınızı xahiş edirik.

    Müdafiə tərəfi qeyd edib ki, təqsirləndirilən şəxslər eyni maddələr üzrə ittiham olunur. Xaliq Əzimov və Emil Nəbiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Lakin Ramil Şükürov həbs edilib. Müvəlkilimin həbsdə saxlanılması üçün əsas yoxdur. Öncə Ramil Şülür barəsində ev dustaqlığı seçilsə də, sonra da istintaq orqanı həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət verib. Biri ağ, qalanları qara adam deyil. Ya şəxslərin hamısı barəsində ev dustaqlığı seçilməlidir, ya da həbs edilməlidir.

    Dövlət ittihamçısı həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edilməsini onunla əsaslandırıb ki, Ramil Şükürova əlavə ağırlaşıdırıcı ittiham irəli sürülüb və o, rəis vəzifəsində çalışıb.

    Məhkəmə müşavirə edib.

    Hakim heyəti işlə tanış olması üçün vəkilə vaxt verilməsi vəsatətini təmin edib.

    Təqsirləndirilən Ramil Şükürovun həbs qətimkan qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti təmin edilməyib.

    Təqsirləndirilən şəxslərin qətimkan tədbiri 3 iyulda bitir. Onların barəsində seçilmiş qətimkan tədbiri hazırlıq iclası bitənədək dəyişdirilmədən saxlanılsın.

    Məhkəmənin hazırlıq iclası 11 iyulda davam etdiriləcək.

    Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, Xalid Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ittiham irəli sürülüb.

    Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.


    SON XƏBƏRLƏR