• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ucarda elektrik yarımstansiyasında yanğın - Bir neçə kənd işıqsız qaldı

HADİSƏ

01 Iyun 2025 | 10:15 | Müəllif: Subhan Mahmudov

Ucarda elektrik yarımstansiyasında yanğın - Bir neçə kənd işıqsız qaldı

Ucarda elektrik yarımstansiyasında yanğın olub.

Bakıvaxtı.az-ın məlumatına görə, yanğın hadisəsi rayonun Müsüslü kəndində yerləşən yarımstansiyada baş verib.

Belə ki, səhər saatlarında stansiyada yerləşən transformatorların birində qəfil və güclü yanğın baş verib və qısa zamanda genişlənib.

Nəticədə rayonun Müsüslü, Təzə Şilyan, Bərgüşad, Qaracallı, Pirkənd, Küçəkənd, habelə Göyçayın Alpout və Bəydövül kəndləri işıqsız qalıb.

Hadisə yerinə cəlb olunmuş Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvələri və texnikaları tərəfindən yanğının genişlənməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində işlər aparır./“Qafqazinfo"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026